Modern.az

Referendumla bağlı ilk təşviqat qrupu qeydə alındı      

Referendumla bağlı ilk təşviqat qrupu qeydə alındı      

Aktual

17 Avqust 2016, 16:40

Mərkəzi Seçki Komissiyasının (MSK) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydiyyata alıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə bu gün MSK-nın baş tutan iclasında məlumat verilib.

 

MSK katibi Arifə Muxtarova məlumat verərək bildirib ki, 2016-cı il sentyabr ayının 26-a təyin olunan Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

 

Məsələ səsə qoyulub və təşviqat qrupu qeydə alınıb.

 

Xatırladaq  ki, YAP 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplanılıb.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı