İranın Məclis sədri Əli Laricani İranın, Suriyadakı hədəfləri vurması üçün Rusiyaya qalıcı hərbi baza həvalə etmədiyini bildirib.
Rusiya, Suriyadakı müxalifləri vurmaq üçün İranın Həmədan hərbi hava bazasından strateji bombarduman təyyarələri səfər etdiyini açıqlamışdı.
Rusiya, dünən bu bazadan qaldırdığı təyyarələrlə etdiyi bombardmanda, Suriyadakı İŞİD və Fatih Əl Şam hədəflərini vurduğunu bildirmişdi.
Rusiya Müdafiə Nazirliyi bu gün də Su-34 qırıcı təyyarələrinin bombardmanı davam etdiyini açıqlayıb. Nazirlik, bombardman nəticəsində 150-dən artıq İŞİD terrorçusunun öldüyünü, iki qərərgahın məhv edildiyini bildirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İran Parlamentindəki iclasda danışan Lərcani, “İran, Rusiya və ya başqa bir ölkəyə hərbi baza həvalə etməyib” deyib və əlavə edib:
“İran Konstitusiyasının 146-cı maddəsinə uyğun olaraq hər hansı bir xarici hərbi bazanın ölkədə olması qadağandır. Bir müttəfiq olaraq Rusiya ilə Suriya kimi məsələlərdə əməkdaşlıq etsək də hərbi baza verməmişik. Mətbuatda bu mövzuda çıxan xəbərləri təkzib edirik”.
Qafar Ağayev