Türkiyədə Fətullah Gülənə yaxın olan daha bir telekanal bağlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Radio və Televiziya İdarəsi hərbi çevriliş cəhdindən sonra Fətullah Gülənlə əlaqəsi olan media qurumlarının fəaliyyətinə son qoymağa başlayıb.
Onlarla mətbu orqan və televiziya kanalının bağlandığı ərəfədə xarici ölkələrdə yayımlanan və Türkiyə əleyhinə proqramlar təqdim edən “Məfkurə TV” də RTÜK tərəfindən bağlanıb.
Qeyd edək ki,daha əvvəl istintaq çərçivəsində Türkiyənin Samanyolu kanalının da fəaliyyətinə son qoyulmuşdu.
Mirmahmud KAZIMOĞLU