Modern.az

Şüvəlan çimərliyində batan gəncin cəsədi sudan çıxarıldı

Şüvəlan çimərliyində batan gəncin cəsədi sudan çıxarıldı

Aktual

17 Avqust 2016, 17:57

Şüvəlan dəniz çimərliyində batan digər şəxsin cəsədi tapılıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, avqustun 16-da Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı nəzarətsiz ərazidə) batan 1985-ci il təvəllüdlü, Əliyev Amil Atamoğlan oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xatırladaq ki, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulub.

 

V.Qədirovun meyiti sudan çıxarılsa da A.Əliyevin meyitini tapmaq mümkün olmamışdı. 

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı