Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının 17 avqustda bank rəhbərləri ilə görüşü keçirilib.
Modern.az-ın məlumatına görə, görüşdə çıxış edən R. Aslanlı Azərbaycan iqtisadiyyatı və bank sektorundakı durum barədə məlumat verib. Həmçinin görüşdə həyata keçirilən nəzarət tədbirləri və yeni trendlər müzakirə edilib.
Görüşün sonunda Azərbaycanda fəaliyyət göstərən bankların səhmdarları və rəhbərləri onları narahat edən mövzularla bağlı suallar veriblər və qərara alınıb ki, bu cür görüşlər mütəmadi şəkildə təşkil olunsun.
Modern.az