Modern.az

Rusiya böyük nüvə müharibəsinə hazırlaşır

Rusiya böyük nüvə müharibəsinə hazırlaşır

Aktual

17 Avqust 2016, 19:25

NATO ekspertləri Rusiyanın bu alyansın üzvü olan dövlətlərdən birinin paytaxtına nüvə hücumuna hazırlaşdığını bəyan ediblər.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə  görə, NATO ekspertlərinin açıqladığı raportda qeyd edilir ki, Rusiya nəhəng komanda bunkerləri qurur və Kreml böyük nüvə müharibəsinə hazırlaşır. 

 

National Institute for Public Policynun ekspertlərinin dəyərləndirməsinə görə, Moskvanın silahların idarə edilməsi üzrə fəal tədbirləri Üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər.

 

NATO-nun Silahlı qüvvələrinin baş komandanının keçmiş müavini amerikalı general Riçard Şireffa Polşanın “Wprost” həftəliyinə deyib ki, Putin Baltikyanı ölkələrə və Polşaya qarşı silahlı təcavüz göstərə bilər. Onun sözlərinə görə, belə şəraitdə NATO ordusu üzvü olan ölkələrə yalnız bir neçə aydan sonra effektli kömək edə bilər.

 

 

“Əgər NATO Rusiyanın təcavüzünə cavab verməyə cəhd göstərərsə, onda Putin bu alyansın üzvü olan ölkələrin paytaxtlarına, Berlinə, yaxud Vaşavaya taktiki raketlər buraxa bilər, - general belə xəbərdarlıq edib.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı