Səkkiz qadın aparıcı artıq çəkilərinə görə Misir dövlət televiziyasında işdən uzaqlaşdırılıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, rəhbərlik qadınlara çəkilərini azaltmaq üçün bir ay vaxtlarının olduğunu bildirib.
Bir ay müddətində əgər onlar çəkilərini tələb olunan həddə qədər azaltsalar, işə qayıda biləcəklər.
İşdən uzaqlaşdılanlardan biri bəyan edib ki, aparıcının çəkisinin miqdarını rəhbərlik yox, tamaşaçı müəyyənləşdirməlidir. Hüquq müdafiəçiləri televiziya rəhbərliyinin qərarını tənqid edərək deyiblər ki, bu, qadınlara qarşı zorakılıqdır.
Modern.az