Somalidə şəhər hökumətinin binasında terrorçu-kamikadzenin özünü partlatması zamanı onlarla adam həlak olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, polisin nümayəndəsi Əli Əhməd də itkilərin olduğunu təsdiqləyib.
“Biz onlarla adamın öldüyünü təsdiqləyirik, onların arasında dinc sakinlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da var”, - o, vurğulayıb.
Şahidlər xəbər veriblər ki, iki güclü partlayış və atışma səsi eşidiblər. Şahidlərdən birinin sözlərinə görə, əvvəlcə yük, sonra minik maşını partlayıb.
Modern.az