Modern.az

Britaniyada məktəb yandı - VİDEO

Britaniyada məktəb yandı - VİDEO

Aktual

21 Avqust 2016, 18:02

Britaniyanın Qərbi Susseks qraflığındakı Selsey Academy orta məktəbində böyük yanğın baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 10-a yaxın başlayıb.

Hazırda 70 yanğınsöndürən alovu ram etməyə çalışır. Polis binaya yaxın küçələrdə hərəkəti dayandırıb. Hadisə yerində təcili yardım briqadası növbə çəkir.

Xəsarət alanlar, eləcə də yanğının hansı səbəbdən baş verdiyi haqda hələ ki məlumat yoxdur.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı