Modern.az

Texniki Universitetdə Bilik günü keçirilib 

Texniki Universitetdə Bilik günü keçirilib 

Aktual

15 Sentyabr 2016, 10:16

Sentyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) 2016-2017-ci dərs ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin AzTU-nun foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

 

Sonra tədbir universitetin binası qarşısında davam etdirilib. AzTU-nun prorektoru Xalıq Yahudov tələbələri, professor-müəllim heyətini və qonaqları Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

 

O, çıxışında bu il Azərbaycan Texniki Universitetinə  bakalavriat səviyyəsinə 1803, magistratura səviyyəsinə isə203tələbənin qəbul olduğunu bildirib və universitetdə təhsilin təşkilinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizdə ali təhsil sisteminin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından ətraflı söz açıb. Xalıq Yahudov bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi yüksək bilik və bacarığa malik, intellektual səviyyəli gənc mühəndis kadrlardan çox asılıdır.

 

Tədbirdə qeyd edilib ki, hazırki mərhələdə elm və istehsalatın yeni-yeni sahələri yaradılır. Həmin sahələrə yüksək intellektual səviyyəli, bilikli, bacarıqlı, təşkilatçılıq qabiliyyəti olan mühəndis kadrlar tələb olunur. Belə kadrlar məhz Azərbaycan Texniki Universitetində və respublikanın digər ali məktəblərində hazırlanır.

 

Tələbə adını qazanan gəncləri təbrik etmək üçün müxtəlif təşkilatlardan tədbirə qatılan qonaqlar da çıxış edərək yeni tələbələrə təhsildə və həyatda uğurlar arzulayıblar.

 

Tədbir qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletlərinin təqdim edilməsi ilə başa çatıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı