Modern.az

Rektor 1-ci kurs tələbələri ilə görüşdü - FOTOLAR

Rektor 1-ci kurs tələbələri ilə görüşdü - FOTOLAR

Aktual

15 Sentyabr 2016, 10:55

Azərbaycan Kooperasiya Universitetində 1-ci kursa qəbul olmuş tələbələrlə görüş keçirilib. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Kooperasiya Universitetinin rektoru, millət vəkili, professor Eldar Quliyev 1-ci kursa yeni qəbul olmuş tələbələrlə görüş keçirib.

Tədbir müstəqil Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olundu.

Sonra giriş sözü ilə çıxış edən universitetin rektoru, professor E.Quliyev 1-ci kurs tələbələrini və onların valideynlərini, övladlarının ali məktəbə qəbul olması və yeni dərs ili münasibəti ilə təbrik etdi, eləcə də gələcək fəaliyyətlərində uğurlar dilədi. Bildirdi ki, universitetimizdə təhsil aldığınız illəri səmərəli keçirəcək, oxuyacaq, öyrənəcək, elmin, biliyin faydasını dərk edəcək və öz işinizin peşəkarı olacaqsınız.

O, çıxışında onu da vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman gənc nəslin sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmasına qayğı ilə yanaşıb, gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olub. Ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti dəstəkləyən universitetimizin professor-müəllim heyəti də öz uğurlu fəaliyyəti ilə müstəqil dövlətimizin möhkəmləndirilməsi işinə töhvəsini verməkdə davam edəcəkdir.

Sonra çıxış üçün söz Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərova verildi.

O, çıxışı zamanı universitetdə tələbələrin ictimai-siyasi, inntellektual inkişafına yardılan şəraitə görə bütün tələbələr adından universitetin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

 

Sonda universitetin rektoru tərəfindən yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim olundu.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı