Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov 15 sentyabr Bilik günü ilə bağlı Xətai rayonunda yerləşən 116 və 245 saylı məktəblərdə keçirlən tədbirlərdə iştirak edib.
Yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik edən Komitə sədri qeyd edib ki, Azərbaycanda mükəmməl təhsil vermək dövlətin əsas prioritetidir və bu istiqamətdə ciddi işlər aparılır.
Təhsil sistemində islahatların aparılıdığını vurğulayan Fuad Muradovbildirib ki, bütün diqqət şagirdləri yaxşı təhsil almaq imkanını yaradılmasına yönəldilib.
Milli təhsil sistemi və bu sahənin inkişafında dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun gördüyü uğurlu işlərə diqqət çəkən Komitə sədri ölkədə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunduğunu qeyd edib.
Modern.az