2016-cı ilin 6 ayı ərzində Səhiyyə Nazirliyinin Uşaq Nevroloji Xəstəxanasına 11000-dən çox uşaq müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, uşaqlardan1455 nəfər stasionar müalicəyə qəbul edilib.
Onlardan 416 nəfər Ümumi şöbəyə, 262 nəfər Diaqnostika şöbəsinə, 255 nəfər Yenidoğulmuşların patologiyası şöbəsinə, 250 Uşaq selebral iflici şöbəsinə, 103 Kəskin süst ifliclərin differensial diaqnostikası şöbəsinə, 95 nəfər Reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Zəruri müalicə aldıqdan sonra 1381 xəstə evə buraxılıb.
1969-cu ildən fəaliyyət göstərən müəssisədə 40 nevropatoloq olmaqla 68 həkim və 88 orta tibb işçisi azyaşlıların sağlamlığına xidmət edir.
Xəstəxana 2011-ci ili dekabr ayında tam təmir olunaraq istifadəyə verilib.
Gülşən RAUFQIZI