Modern.az

Türkmənistan prezidenti naziri Azərbaycana səfir göndərdi

Türkmənistan prezidenti naziri Azərbaycana səfir göndərdi

Aktual

15 Sentyabr 2016, 23:58

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin Dövlət İdman Komitəsinin sədri Kakabay Seyidovu işdən azad edib. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, Türkmənbaşının digər sərəncamı ilə Seyidov Türkmənistanın Bakıdakı səfiri təyin olunub.

 

Bu haqda Türkmənistan Dövlət Televiziyası bildirir.

 

Ötən ay Berdıməhəmmədov Rio Yay Olimpiadasında Türkmənistan yığmasının zəif nəticə göstərməsinə görə Kakabay Seydovu danlamışdı və ölkənin idman strukturlarının rəhbərliyinin dəyişdirilməsinin vacibliyi haqda danışmışdı.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı