Modern.az

Robert Sekuta Müdafiə Sənayesi Nazirliyində olub

Robert Sekuta Müdafiə Sənayesi Nazirliyində olub

Aktual

16 Sentyabr 2016, 14:05

Sentyabrın 16-da müdafiə sənayesi naziri Yavər Camalov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

 

Müdafiə Sənayesi Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir Azərbaycanla ABŞ arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

 

Y.Camalov nazirliyin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

R.Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı