Modern.az

“Meliorasiya və irriqasiya haqqında” qanun dəyişdirilir

“Meliorasiya və irriqasiya haqqında” qanun dəyişdirilir

Aktual

16 Sentyabr 2016, 14:07

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

Modern.az-ın görə, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

 

Əlavəyə görə, Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı