Modern.az

Sürücülərin DİQQƏTİNƏ: Bakı-Sumqayıt yolu bağlanır

Sürücülərin DİQQƏTİNƏ: Bakı-Sumqayıt yolu bağlanır

Aktual

16 Sentyabr 2016, 17:27

Bakı-Sumqayıt yolunun 12-ci km-də ( “Xırdalan qəbirstanlığı” ) yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

“Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumata görə, məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq:


“Sentyabr ayının 17-i saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 sentyabr saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanacaq.


Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər.

 

Belə ki, Sumqayıt istiqamətindən gələn avtonəqliyyat vasitələri 16.5-ci km-dən ( “Vaz dairəsi” ) və ya 13-cü km-dən ( Masazır yol ötürücüsü ) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də “Xırdalan dairə”nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər.

 

Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər”. 

“Azəravtoyol” yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı