Türkiyənin Konya şəhərində 45 dəqiqə içərisində 7 avtomobil alışaraq yanıb.
Modern.az Türkiyə saytlarına istinadən xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında baş verib. Yolun kənarında park edilən avtomobildə qəfil başlayan yanğın zamanı sürücü özünü güclə bayıra ata bilib. Hadisəyə dərhal yanğınsöndürənlər müdaxilə edib. Bir-birinin ardınca digər 6 maşın da alışaraq yanıb. Yanğınsöndürmə komandası yanğının miqyasının genişlənməməsinə çalışıb. Bütün avtomobillər yarasız hala düşüb.
Aparılan araşdırma zamanı bəlli olub ki, yanğına səbəb maşınların mühərrik hissəsinə yandırıcı maddə tökülüb.
Namidə BİNGÖL