İstanbulun Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi İŞİD-ə qarşı növbəti əməliyyat keçirib. Belə ki, Türkiyə sərhədlərində adıçəkilən terror təşkilatının aksiya keçirəcəyi müəyyənləşdirilib.
Modern.az xarici KİV-rə istinadən xəbər verir ki, Ankarada həyata keçirilən əməliyyat zamanı Suriyadakı ən təhlükəli tayfa olduğu bildirilən Aqqal tayfasının Azzov kimi tanınan Əli el-Aqqal adlı terrorçusu yaxalanıb. Terrorçu ilə əlaqəli olan 24 nəfər də həbs edilib. Bəlli olub ki, şübhəlilər aksiya keçirmək üçün Aqqaldan hərbi silah-sursat gözləyirlərmiş.
Həyata keçirilən əməliyyatlar zamanı çoxlu sayda təşkilati proqram və rəqəmsal material ələ keçirilib. Şübhəlilərlə bağlı polis əməliyyatları davam edir.
Namidə BİNGÖL