Modern.az

Milli Şura Bakıda mitinq keçirir

Milli Şura Bakıda mitinq keçirir

Aktual

17 Sentyabr 2016, 15:47


Bu saatlarda Milli Şura Bakının Yasamal rayonundakı «Məhsul» stadionunda mitinq keçiri.

Modern.az saytı xəbər verir ki, dövlət himni ilə açılan mitinq Konstitusiya dəyişiklikləri haqda 26 sentyabr tarixli referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz əlaməti daşıyır.

Mitinqdə AXCP sədri Əli Kərimli çıxış edib. O, yağışlı gündə aksiyaya gələnlərə təşəkkür edib. Ə.Kərimli mitinqin təşkilatçılarına olan təzyiqlərə və həbslərə etiraz edib.

Aksiyada hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı