Modern.az

ABŞ-da GUAM və GUAM+ formatında görüşlər keçiriləcək

ABŞ-da GUAM və GUAM+ formatında görüşlər keçiriləcək

Aktual

19 Sentyabr 2016, 00:25

Birləşmiş Ştatların Nyu-York şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a üzv ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) iclası keçiriləcək. Modern.az saytı "Report"a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Nyu-Yorkda, həmçinin GUAM+ formatında görüşlərin keçirilməsi də planlaşdırılır.

BMT Baş Assambleyasının 71-ci sessiyası sentybarın 13-də öz işinə başlayıb. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı