İrandan Azərbaycana gələn şəxsin düz bağırsağından narkotik vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,0 qram olan tiryək aşkar edilib.
Hadisə Biləsuvar rayonu ərazisindəki “Qoşa Təpə” gömrük postunda qeydə alınıb. Narkotik vasitəni ölkəyə gətirmək istəyən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mirmahmud KAZIMOĞLU