Modern.az

Müsavat Rəsul Quliyevə cavab verdi, AXCP isə susdu

Müsavat Rəsul Quliyevə cavab verdi, AXCP isə susdu

Aktual

19 Sentyabr 2016, 12:52

ABŞ-da mühacir həyatı yaşayan Azərbaycan  parlamentinin keçmiş sədri Rəsul Quliyev sentyabrın 17-də Milli Şuranın, bir gün sonra isə Müsavat Partiyasının keçirdiyi mitinqlər barədə tənqidi mövqeyini açıqlayıb.  

 

“Hələ də özlərini müxalifət hesab edən 2 partiya AXCP və Müsavat bu mitinqlərlə “biz də varıq”  arzularını həyata keçirə bilmədilər. Nəticədə hakimiyyət xalq üzərində AXCP isə Müsavat üzərində böyük üstünlüklə qələbə çaldı”.

 

Qeyd edək ki, Rəsul Quliyev AXCP deyərkən, daha çox Milli Şuranı nəzərdə tutur. 

Bununla bağlı Modern.az saytı Milli Şura və Müsavat Partiyasından açıqlama alıb.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri  Gülağa Aslanlı deyib ki, hər kəsin mitinq haqqında xoş və yaxud da, tənqidi fikirlər deməyə haqqı vardır.

 

“Rəsul Quliyev də Amerikada əyləşib və Azərbaycan reallıqlarını hiss olunur ki, o qədər də dərindən bilmir. Bir neçə gün bundan əvvəl Rəsul Quliyev Müsavat Partiyası haqqında xoş sözlər deyirdi. Bu da onu göstərir ki, Rəsul Quliyev ardıcıl siyasətçi deyil. Siyasəti ardıcıl izləyə bilmir. Ona verilən məlumatlar əsasında fikir söyləyir. Biz onun fikirlərindən heç də narahat deyilik”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü  Nurəddin Məmmədli isə Rəsul Quliyevə cavab verməkdən imtina edib.

 

Mirmahmud Kazımoğlu

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı