Modern.az

Nazir müavinindən xarici həkimlər haqda AÇIQLAMA

Nazir müavinindən xarici həkimlər haqda AÇIQLAMA

Aktual

19 Sentyabr 2016, 13:34


“Xarici həkimlərin Azərbaycana gəlib işləməsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir”.

 

Modern.az-ın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, müvafiq komissiya 1-2 aydan bir öz iclaslarını keçirir.

 

Nazir müavini qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirirlər, sonra isə sənədlərini nazirliyə təqdim edirlər:

 

“Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar.

 

Səhiyyə Nazirliyinin komissiyasından keçdikdən sonra həkimlərin fəaliyyətinə icazə verilir”.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı