Modern.az

İran səfiri ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı xatirələrini yazacaq

İran səfiri ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı xatirələrini yazacaq

Aktual

19 Sentyabr 2016, 16:08

 

“Mən sentyabrın 22-də Azərbaycanı xoş xatirələrlə tərk edəcəyəm”.

 

Modern.az-ın xəbərinə görə, bunu fəaliyyət müddəti başa çatmış İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
 

O bildirib ki, səfir olduğu müddətdə yalnız öz ölkəsinin mənafeyini düşünməyib:

 

“Çalışdım ki, Azərbaycan tərəfinin də mənafeyi gözlənilsin. Düşünürəm ki, bizim münasibətlərimiz yalnız irəli gedəcək. Mən özümü Azərbaycanda qərib hiss etməmişəm. Ölkəmə qayıdandan sonra Azərbaycan xalqı üçün darıxacağam. Azərbaycanla bağlı xatirələrimi yazacağam".
 

Səfir söyləyib ki, Azərbaycana gələndə, iki ölkə arasında münasibətlər bu səviyyədə olmayıb:

“Bəzən müəyyən anlaşılmazlıq yaranırdı. Mən səfir olduğum müddətdə iki ölkə arasında qarşılıqlı etimad yarada bildik. Bu gün iki ölkə arasında olan münasibətlər özünün ən yüksək dövrünü yaşayır.

 

Mən səfir olduğum müddətdə prezidentlərin qarşılıqlı səfərləri həyata keçirilib, iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, aviareyslərin sayı artıb. Yaxın zamanlarda isə Naxçıvan-Məşhəd qatarı işə düşəcək”.

 

İkitərəfli əlaqələrin inkişafında medianın xüsusi rolu olduğunu deyən Möhsün Pakayin yeni səfir Cavad Cahangirzadənin çox təcrübəli diplomat olduğunu vurğulayıb.

 

Ağa AKİFOĞLU

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı