Modern.az

Azərbaycanlı zəvvarlar Həccdən geri dönürlər

Azərbaycanlı zəvvarlar Həccdən geri dönürlər

Aktual

19 Sentyabr 2016, 17:03

Bu il Azərbaycandan Həcc ziyarətində olmuş zəvvarların ilk qrupu bu gün Vətənə geri dönüb.

Modern.az-ın xəbərinə görə, ziyarətçilərin ilk qrupunu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

 Bu gün daha bir təyyarə reysinin yerinə yetirilməsi gözlənilir.  O biri reyslər isə sabah və növbəti günə nəzərdə tutulur.

Zəvvarların digər qrupları sentyabrın 21-də və 22-də Vətənə qayıdacaqlar.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar qatılıb. 

 

Ağa AKİFOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı