Modern.az

“Bakcell” abunəçiləri üçün yenilik

“Bakcell” abunəçiləri üçün yenilik

Aktual

19 Sentyabr 2016, 17:32

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə korporativ seqmenti əhatə edən məhsul və xidmət təklifləri portfelinin rebrendinq edildiyini elan edir. Şirkət korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini və genişləndirilməsini öz qarşısına məqsəd qoyaraq, korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllərin təmin edilməsi üzərində işləyir. Yeni dəyişikliklərlə yanaşı, şirkətin korporativ müştərilər üçün məhsul və xidmət təklifləri portfelinin adı “Gold”dan “Bakcell Business” adına dəyişdirilib.

“Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olmaqla biz ölkədə ümumi bazar konyunkturasını mütəmadi qaydada monitorinq edirik. Bu, şirkətimizin fəaliyyətinin daha çevik olmasına, ölçülərindən və fəaliyyət sahələrindən asılı olmayaraq, bütün müəssisə və təsərrüfat subyektlərinin tələbatlarını ən optimal şəkildə təmin etməyimizə çox kömək edir. Azərbaycanda ümumi biznes mühitini, xüsusilə kiçik və orta biznes sektorlarının potensialını nəzərə alaraq, biz bu sektorları əvvəllər heç vaxt olmadığı qədər dəstəkləyəcək olduqca rəqabətədavamlı və yenilikçi həllər işləyib hazırlayırıq”, - deyə Bakcell şirkətinin Baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. “İstəyirik ki, hər bir müştərimiz onun ehtiyacının qayğısına qaldığımızı və onun biznesinə dəstək göstərməyə həmişə hazır olduğumuzu bilsin”,- deyə cənab Bekers əlavə edib. 

Rebrendinq çərçivəsində “Bakcell Business” portfelinə həsr olunmuş yeni internet səhifəsi istifadəyə verilib. İndi Bakcell şirkətinin mövcud və potensial müştəriləri öz biznesləri üçün faydalı təkliflər haqqında məlumatı bu keçiddən istifadə edərək əldə edə bilərlər: //business.bakcell.com/  

Bakcell şirkətinin xüsusi olaraq bütün ölkə ərazisində müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilatın ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş korporativ tariflərindən hal-hazırda 1,7 milyondan artıq abunəçi faydalanmaqdadır. Şirkətin peşəkar nümayəndələri mobil rabitənin hər bir aspekti üzrə şirkətlərə, yerli hökümət orqanlarına və təşkilatlara həftənin 7 günü, 24 saat ərzində dəstəyin göstərilməsini təmin edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı