Modern.az

Prokuror sevgilisini qətlə yetirən şəxsə 20 il iş istədi

Prokuror sevgilisini qətlə yetirən şəxsə 20 il iş istədi

Aktual

19 Sentyabr 2016, 18:20

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Modern.az-ın məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il cəza istəyib.

Sentyabrın 22-də təqsirləndirilən şəxsə hökm oxunacaq.

 

İttihama görə, bu ilin fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində yerləşən mənzillərdən birində boğularaq öldürülən 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın meyiti aşkar edilib.

 

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğunu müəyyən edib və saxlayıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikahda olub və S.Əsgərovanı qısqanclıq zəminində öldürüb.

 

F.Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı