Modern.az

Gündə neçə saat yatmalı? - Həkim MƏSLƏHƏTİ

Gündə neçə saat yatmalı? - Həkim MƏSLƏHƏTİ

Aktual

21 Sentyabr 2016, 11:32

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.


Çox və az yatmaq...

Elmdə çoxdan sübut olunub ki, yuxunun az olması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Kifayət qədər yatmayan insanlarda şəkərli diabet və piylənmə daha tez-tez inkişaf edir. Lakin çox yatmaq da ziyanlıdır. Bu nəticəyə Kolumbiya Universiteti (ABŞ) alimləri gəlib.

9 saatdan çox və 7 saatdan az yatan insanlarda ürək-damar sistemi xəstəlikləri və pozulmaları daha tez-tez inkişaf edir. Onlarda trombların əmələ gəlməsi, arterial təzyiqin və qanda xolesterinin yüksəlməsi, aritmiya və s. bu kimi pozulmalara daha tez-tez təsadüf edilir.

Alimlərin fikrinə görə, daim yuxu pozulmalarından əziyyət çəkən insanlar mütləq müalicə üçün həkimə müraciət etməlidir. Əks halda, bu gec-tez ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olacaq.

Alimlər araşdırma nəticəsində aşkar ediblər ki, müasir insanlar daha az və daha pis yatır. Bunun səbəbləri arasında xroniki stress və qəcetlərdən həddindən artıq istifadə qeyd olunur.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı