Modern.az

“Valideyn səriştəsinin artırılması”

“Valideyn səriştəsinin artırılması”

Aktual

21 Sentyabr 2016, 12:01

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyi tərəfindən "Valideyn səriştəsinin artırılması: Səriştəli valideynlər proqramı" adlı kitabın təqdimatı olub.  

 

 

24 oktyabr 2013-cü ildə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" rəsmən qəbul edilib.

 

Modern.az xəbər verir ki, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev çıxış edərək, "zamanın bizdən tələbi təkcə geri qalmamaq deyil, biz irəli getməli, qabaqcıl təcrübəyə uyğunlaşmalı, yeni nailiyyətlərə imza atmalıyıq. Adətən bu fkirlərdən sonra deyirlər ki, təhsilsiz həmin uğurlara yetmək mümkün. Ona görə də, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bizim üzərimizə tarixi vəzifələr qoyur" deyib.

 

Bunlar yalnız pedaqoji vəzifələr deyil, xalqımızın gələcəyinin qurulmasıdır. Təhsil artıq tale məsələsidir: sənəddə deyildiyi kimi "təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır".

Valideynlərin təhsil prosesində yeni rolu çağdaş tələblərədən biri kimi ortaya çıxır. Bu rol pedaqoji və psixoloji praktikanın əvvəlki tələbindən xeyli fərqlidir.

 

Yeni təcrübə yeni uğurlara yol açır və valideynlərin təhsil prosesinə hazırlanması, səriştələtə yiyələnməsi təhsil sisteminin yeni vəzifəsinə çevrilir. İndi valideynlərin təhsil prosesində pedaqoqlarla ciddi əməkdaşlıq etməsi, təhsil prosesinin iştitakçısına çevrilməsi və bu işdə bacarıqlara sahib olması məqsədə çevrilib.

 

Strategiyada uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirməsi üçün "Səriştəli valideynlər" proqramının hazırlanması nəzərdə tutulur.

 

Sənəddə nəzərdə tululan "Səriştəli valideynlər" proqramı hələ də mövcud deyil və XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyi bu sahədə öz töhfəsini verməyə cəhd edir.

 

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı