Modern.az

Elmar Məmmədyarov Avstraliya xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Avstraliya xarici işlər naziri ilə görüşüb

Aktual

21 Sentyabr 2016, 14:08

Xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı xanım Culiya Bişop ilə görüşüb.

 

Xarici işlər naziriyinin mətubat xidmətindən Modern.az-a verilən məlumata görə, Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Avstraliyanın xarici işlər naziri xanım Culiya Bişop ilə görüşüb.

 

Görüşdə ölkələrimiz arasında siyasi dialoqun, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Nazirlər parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfələrin təşkil edilməsi və iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar.

 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status kvonun ATƏT Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməz və qeyri-davamlı olduğunu bildirdi.

 

Görüşdə tərəflər BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətarfında müzakirələr apardılar.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı