Modern.az

Azərbaycan-Gürcüstan sərhəddində növbələr azalacaq

Azərbaycan-Gürcüstan sərhəddində növbələr azalacaq

Aktual

22 Sentyabr 2016, 13:55

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının nəqliyyat vasitələri, yüklər və başqa əmlakın buraxılışına nəzarət etmək səlahiyyəti ləğv edilib. Bu sahədə bundan sonra əsas səlahiyyətli orqan gömrük orqanları olacaq. 

 

İqtisadçı Vüqar Bayramov Modern.az-a sərhədçilərin bu səlahiyyətinin ləğv edilməsini şərh edib. Ekspert ilkin olaraq qərarı yüksək qiymətləndirdiyini deyib:

“Burada məqsəd prosedurların sayının azladılmasıdır. İndiyə qədər yoxlamanı həm gömrükçülər, həm də sərhədçilər aparırdı. Yeni qərarla sərhəd qoşunları bu yoxlamalarda iştirak etməyəcək.

 

Gömrük sərhəd buraxılışında sahibkarların daha az prosedurla, daha az zaman sərf etməklə sərhəddi keçməsinə imkan yaradacaq. Xüsusilə, Azərbaycan-Gürcüstan sərhədində uzun növbələr müşahidə olunurdu. Nəticədə sahibkarlın fəaliyyətinə və beynəlxalq yükdaşımalara mənfi təsir göstərirdi. Dəyişiklik məhsulların idxal-ixracı ilə məşğul olan sahibkarların az prosedurdan keçməklə öz yüklərini ölkəyə gətirməsinə və ölkədən çıxarmasına imkan yaradacaq”.

 

V.Bayramov bildirib ki, sərhəd buraxılış məntəqələrində növbələr azalacaq:

 

“Beynəlxalq yükdaşıma ilə məşğul olan şirkətlər maraqlıdırlar ki, qısa zamanda yüklərini ölkə ərazisində daxil etsinlər.

 

Proseduraların sayının azaldılması sərhəddə növbələrin azalmasına da səbəb olacaq.

 

Sözsüz gələcəkdə gömrük yoxlamalarının sayının azaldılmasına ehtiyac var. Birmənalı şəkildə çalışmaq lazımdır ki, növbəti mərhələdə məhz gömrük yoxlamaları sadələşdirilsin.

 

Sahibkar daha az yoxlama ilə ölkəyə daxil ola bilsin.

 

Çünki, beynəlxalq yükdaşımalar Azərbaycanın qeyri-neft sektorunda prioritet istiqamətlərdəndir. Bu istiqamətin inkişafı birbaşa az zaman və az prosedurlardan asılıdır”.

 

 

Gülşən RAUFQIZI

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı