Modern.az

Qarabağda erməni əsgər özünü ÖLDÜRDÜ

Qarabağda erməni əsgər özünü ÖLDÜRDÜ

Aktual

22 Sentyabr 2016, 16:31

Bir müddət əvvəl Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində əsgər Narek Patatanyan müəammalı şəkildə aldığı güllə yarasından ölüb. 

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, tapança ilə özünü başından vuran əsgər xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Patatanyanın özünü öldürməsinin səbəbi açıqlanıb. Məlumatda qeyd edilir ki, o, hərbçi yoldaşları tərəfindən incidildiyi səbəbindən intihar edib. 

Bu faktla bağlı 6 nəfər, o cümlədən leytenant Lavrenti Sərkisyan həbs olunub. 

İnsidentə gəldikdə, sentyabrın 16-da baş Verib. 19 yaşlı Narek Patatanyan başında güllə yarası ilə tapılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı