“Ermənistanın bəzi kütləvi informasiya vasitələrində 1200 nəfər Azərbaycan zabiti haqqında şəxsi məlumatlarının əldə edilməsi barədə yayılan xəbər saxta və uydurmadır”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən deyilib ki, Azərbaycan hərbçilərinin şəxsi heyətinin məlumat bazasının internet şəbəkəsinə çıxışı mümkün deyil:
“Müdafiə Nazirliyində şəxsi heyətin məlumatlar bazasının internet şəbəkəsinə ümumiyyətlə heç bir çıxışı yoxdur və heç vaxt da olmayıb. Əgər internetə çıxış yoxdursa, şəbəkəyə xaricdən müdaxilə etmək də mümkün deyil”.
Müdafiə Nazirliyi sorğuya cavab olaraq rəsmi mövqeyində bildirib ki, ermənilər ağlamağa və yalan danışmağa vərdiş ediblər:
“Ermənilərə məxsus iki xüsusiyyət - ağlamaq və yalan danışmaq, bütün dünyaya bəlli olduğundan, bu dəfə də onlar belə yalan məlumat yaymaqla vətəndaşlarının fikrini erməni ordusunun uğursuzluğundan yayındırmağa çalışırlar”.
Qeyd edək ki, bu gün Ermənistanın sosial şəbəkələrində“Monte Melkonyanın erməni kiberordusu” adlı haker qruplaşması Azərbaycan ordusunun 1200 zabitinin şəxsi məlumatlarını internetə yerləşdirdiyi barədə məlumat yayıb.
Ermənistan sosial şəbəkələrində yayılan məlumatda azərbaycanlı zabitlərin pasport məlumatları, əlaqə nömrələri və yaşadıqları ünvanlar qeyd edilib.
Ağa AKİFOĞLU