Modern.az

Nazpəri Dostəliyeva ANONS verdi: “Yeni mahnılarım, konsertlərim olacaq”

Nazpəri Dostəliyeva ANONS verdi: “Yeni mahnılarım, konsertlərim olacaq”

Aktual

22 Sentyabr 2016, 17:03


“Mən dövlətimə, xalqıma hər zaman canla- başla qulluq edən insan olmuşam. Bu gün də beləyəm, bundan sonra da dəyişməyəcəm”.

Bu sözləri Modern.az-a xalq artisti Nazpəri Dostəliyeva bundan sonrakı fəaliyyətilə bağlı danışarkən deyib. Xalq artisti bundan sonra sevənlərinin görüşünə tez-tez gələcəyini bildirib:

 

“Yeni mahnılarım, konsertlərim olacaq. Hər şey xalqın ürəyincə, qəlbincə olacaq. Bir daha məni sevənlər, bu günə qədər mənim səhnəmi izləyənlər, məni efirlərdə görmək istəyən insanları referenduma dəvət edirəm.

İnanıram ki, mən hara, kimə səs verirəmsə, sevənlərim də o yolu gedəcəklər. Onlar da mənim kimi dövlətinə, dövlətçiliyinə qiymət verəcəklər”. 




Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...