Modern.az

İsgəndər Cavadova Prezidentin fərdi təqaüdü verildi

 İsgəndər Cavadova Prezidentin fərdi təqaüdü verildi

Aktual

22 Sentyabr 2016, 18:35

 

Prezident İlham Əliyev İsgəndər Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı