Modern.az

Analitikdən AÇIQLAMA: “Ermənistana "İsgəndər" verilməsi..."

Analitikdən AÇIQLAMA: “Ermənistana "İsgəndər" verilməsi..."

Aktual

22 Sentyabr 2016, 19:05

 

Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksləri verməsi regionda əlavə təhlükələr yarada bilər.

 

Bunu Trend-ə Rusiyanın müstəqil hərbi icmalçısı, "Novaya qazeta"nın təhlilçisi Pavel Felqenqauer deyib.

 

Onun sözlərinə görə, istənilən halda bu komplekslərin Ermənistana tədarükü regionda balansı dəyişir: "Balans üçün ola bilsin Rusiya belə raket komplekslərini Azərbaycana satsın".

 

Ekspert əlavə edib ki, Ermənistana hansı "İsgəndər" raket komplekslərinin tədarük edildiyi aydın deyil: "Rusiya Ermənistanın silahın tədarükü barədə iddiasını inkar etməyib və bu məsələnin detallarını açıqlamayıb".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı