Modern.az

Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur – Video

Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur – Video

Aktual

23 Sentyabr 2016, 00:19

Paytaxtdakı bəzi yanacaqdoldurma məntəqələrində sürücülərə avtomobilin yanacaq çəninə tökmək üçün əlavə qatqılar almaq təklif edilir. Onlar həmin qatqıların avtomobilin yanacaq sisteminə müsbət təsir edəcəyini iddia edirlər. Modern.az saytı Xezerxeber.com-a istinadən xəbər verir ki, bəzi sürücülər həmin qatqılardan alıb istifadə edirlər.

 

Ekspertlər isə deyirlər ki, həmin qatqıların bütün avtomobillərə tökülməsi heç də düzgün deyil. Çünkü həmin qatqılar köhnə avtomobillərə tökülərsə, yanacaq sistemini sıradan çıxara bilər.

 

Ekspert Qurban Məmmov yeni avtomobili olan şəxslərə bu qatqılardan istifadəni tövsiyyə edir.

 

Əgər köhnə avtomobili olanlar bu qatqılardan istifadə etmək istəyirlərsə, mütləq əvvəlcə avtomobilin yanacaq sistemini təmizlətdirməlidir.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı