Modern.az

Qafqazın ən böyük “Kitab Evi”ndə oxucu izdihamı - FOTOLAR

Qafqazın ən böyük “Kitab Evi”ndə oxucu izdihamı - FOTOLAR

Aktual

23 Sentyabr 2016, 10:50

Müasir üslubda inşa edilən “Kitab evi” 2016-cı ilin Avropa Gənclər Paytaxtının sakinlərinin sevimli məkanına çevrilib. Kitabsevərlər burada müxtəlif multimedia vəsaitlərindən və elektron kitablardan istifadə edir. Onlar burada Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə kitablar oxuyurlar. Qafqazın ən böyük “Kitab Evi” yaxın zamanlarda istifadəyə verilməsinə baxmayaraq, ətrafına çoxlu oxuyucu toplamağı bacarıb.

“Kitab Evi”ndə fəaliyyət göstərən ”Qoy-götür”, ”Bukinist”, “Günün, həftənin, ayın kitabı” şöbələrində gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması üçün lazımi tədbirlər görülüb. “Qoy-götür” guşəsində adından da göründüyü kimi hər kəs buraya kitab gətirib hədiyyə edə və əvəzində başqa kitab götürə bilər. “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub ki, burada yerləşdirilən kitablar maya dəyərinə satılır və yerli və xarici ədəbiyyata aid kitablar tapmaq mümükündür. Bu kitabxanada balacalar üçün "Nağıllar Aləminə" adlı guşədə fəaliyyət göstərir.

Bununla yanaşı burada “Kitabkafe” var ki, orada kitabsevərlərin istirahəti üçün hər cür şərait yaradılıb. Kitab marketinin “elektron kitab” bazasında müştərilərin razı qalması üçün hər bir şərait mövcuddur. Eyni zamanda burada imza günləri, seminarlar və müxtəlif tədbirlərin keçirilməsi üçün geniş bir guşə təşkil edilib.

Bildirək ki, “Kitab Evi”ndə 5000-ə yaxın əyani, elekton bazada isə 20 minə yaxın kitab var. Maraqlı kitab oxumaq həvəsində olan oxucu istər ölkə, istərsə də ölkənin hüdudlarından uzaqda istənilən kitabı sifariş edə bilər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı