Modern.az

Ramil Usubov referendumla bağlı əmr İMZALADI

Ramil Usubov referendumla bağlı əmr İMZALADI

Aktual

23 Sentyabr 2016, 11:20

Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.

Modern.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi