Modern.az

Bakı Nəqliyyat Agentliyində daha bir YENİLİK

Bakı Nəqliyyat Agentliyində daha bir YENİLİK

Aktual

23 Sentyabr 2016, 11:43

 

Bakı Nəqliyyat Agentliyinin (BNA), "Azəravtoyol" ASC-nin və Nizami Rayon İH-nin birgə işi nəticəsində daha iki ərazidə avtobus cibləri yaradılıb.

 

Modern.az xəbər verir ki, yeni avtobus cibləri Qara Qarayev prospekti (8-ci km bazarından metronun “Neftçilər” stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində (“Dakar” meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) salınıb.

 

Bildirilib ki, sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək.

Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə BNA-nın mobil qrupları cəlb edilib.

 

Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib.

 

Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək. 

Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmasının qarşısını almaq məqsədilə, daxil olacaq marşrut xətləri üçün qrafiklər işlənib hazırlanır.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı