Modern.az

Rusiyada həbsdə olan azərbaycanlı avtoritet Bakıya göndərildi

Rusiyada həbsdə olan azərbaycanlı avtoritet Bakıya göndərildi

Aktual

23 Sentyabr 2016, 16:04

Rusiyada qətldə təqsirləndirən şəxs Azərbaycana təhvil verilib.

 

Modern.az-ın xəbərinə görə, Rusiyada həbs edilən Elmir Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə işinə baxılacaq.

 

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmə iclası sentyabrın 30-na təyin edilib.

 

Xatırladaq ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.

 

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan" (Qaraçı) ləqəbi ilə tanınır.

 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!