Modern.az

İsgəndər Cavadovdan mətbuata HÖRMƏTSİZLİK

İsgəndər Cavadovdan mətbuata HÖRMƏTSİZLİK

Aktual

23 Sentyabr 2016, 16:49

Sən demə dünən Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülən keçmiş futobolçu İsgəndər Cavadovun jurnalistləri görməyə gözü yox imiş.

Modern.az saytının əməkdaşı ölkə başçısının dünənki sərəncamı ilə bağlı İsgəndər Cavadova telefon açaraq, ona “Prezidentin sizin haqqınızda imzaladığı dünənki sərəncamı necə qiymətləndirirsiniz” sualını ünvanlayıb.

Ancaq keçmiş futbolçu “mən daha mətbuata, jurnalistlərə danışmıram, onlarla qurtarmışam” deyə anlamadığımız kobudluq nümayiş etdirib. Telefonu saymazyana üzümüzə qapadan İsgəndər Cavadovun aqressiyalı davranışından belə məlum olub ki, o jurnalistləri daha saymır. 

Səbəbini nə biz bildik, nə də özü anlatdı. Axı nə baş verdi ki, dünənə qədər mediaya bəh-bəhlə danışan eks-futbolçu birdən-birə dəyişdi...  Bəlkə keçmiş futbolçu elə düşünür ki, Prezidentin fərdi təqaüdünə layiq görülməklə ən yüksək məqama yetişib və daha ondan yoxdur, mətbuata da istədiyi hörmətsizliyi edə bilər.

İsgəndər Cavadov nə vaxtsa yaxşı futbolçu ola bilər, amma bu, onun jurnalistlərə qarşı sayğısızlığına bəraət qazandıra bilməz.


Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı