Modern.az

Sabah Qabilin 90 illik yubileyi keçiriləcək

Sabah Qabilin 90 illik yubileyi keçiriləcək

Aktual

28 Sentyabr 2016, 13:32

Sabah Azərbaycanın xalq şairi Qabilin 90 illik yubileyi keçiriləcək.

 

Modern.az saytı xəbər verir ki, tədbir Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xatırladaq ki, müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan xalq şairi  Qabil İmamverdiyev (Qabil) 1926-cı il avqustun 12-də Bakıda doğulub.

 

Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən, Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

2007-ci il aprelin  4-də  Bakıda vəfat edib.

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı