Modern.az

“Qarabağ” və “Qəbələ” bu gün II tura çuxacaqlar

“Qarabağ” və “Qəbələ” bu gün II tura çuxacaqlar

Aktual

29 Sentyabr 2016, 09:21

“Qarabağ” və “Qəbələ” klubları AvroLiqanın qrup mərhələsində bu gün növbəti görüşlərini keçirəcəklər.

Modern.az xəbər verir ki, J qrupunda yarışan “Qarabağ” İtaliyada güclü “Fiorentina”nın qonağı olacaq. Xatırladaq ki, “Qarabağ” qrup mərhələsinin ilk oyununu Çexiyanın “Slovan” klubuna qarşı Bakıda keçirmişdi. Həmin oyun 2-2 hesabı ilə yekunlaşmışdı.

“Qəbələ” klubu isə Bakıda Almaniyanın “Mayns” klubunu qəbul edəcək. “Qəbələ” qrup mərhələsinin ilk oyunda Belçikada “Anderlext”lə görüşdə 1:3 hesabı ilə məğlub olmuşdu.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı