Modern.az

"Qara Dəniz İqtisadi Əməkdaşlı Təşkilatı"nın iclası Antalyada olacaq

"Qara Dəniz İqtisadi Əməkdaşlı Təşkilatı"nın iclası Antalyada olacaq

Aktual

29 Sentyabr 2016, 12:40

“Oktyabrın 5-6-da Türkiyənin Antalya şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iqtisadiyyat və siyasət komitələrinin iclası keçiriləcək”.

 

Bu barədə Modern.az saytına Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev məlumat verib.

 

O, qeyd edib ki, İqtisadiyyat komitəsində iqtisadi, ticarət və ekoloji məsələlər müzakirə olunacaq. Siyasət komitəsində isə hüquqi və siyasi məsələlər müzakirə olunacaq.

 

Deputat həmçinin, bildirib ki, terrorizmə qarşı dünyanın birgə mübarizəsi məsələsi də müzakirə mövzusu olacaq.

 

Qeyd edək ki, tədbirdə Azərbaycanı yalnız Eldar Quliyev təmsil edəcək.

 

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...