Modern.az

Türkiyədə erməni mesajı QALMAQALI - VİDEO

Türkiyədə erməni mesajı QALMAQALI - VİDEO

Aktual

30 Sentyabr 2016, 15:00

Türkiyənin Qars vilayəti ərazisində yerləşən Ani xarabalıqlarına yaxınlaşarkən kimliyindən asılı olmayaraq hər kəsin mobil telefonuna mesaj gəlir:  

 

“Ermənistana xoş gəlmisiniz!” Bu barədə erməni mətbuatında məlumatlar verilsə də, buna əhəmiyyət verən olmamışdı. Lakin, bu yaxınlarda türk tələbələrinin həmin ərazilərə səfəri zamanı mobil telefonlarına gələn gözlənilməz mesaj tələbələrin geniş səs-küyünə və etirazlarına cəbəb olmuşdur.

Modern.az xəbər verir ki, “Hürriyyet” qəzetinin yazdığına görə, bu haqda ilk həyəcan təbilini çalan Ərzurum Universitetinin ədəbiyyat və tarix fakültəsinin müəllimi, “Erməni soyqırımı iddialarına qarşı mübarizə” cəmiyətinin rəhbəri Savaş Əyilməz olub.

 

Ermənilər isə həyasızcasına cavab olaraq bildiiblər ki, guya tarixi Ani şəhəri Ermənistan sərhədlərinə yaxın olduğuna görə GSM operatoru bu mesajı cəlb etmişdir.

“Əslində, biz ermənilərin çoxdankı arzuları yerinə yetirilmişdir. Biz bununla bütün dünyaya bildirmək istəyirik ki, erməni problemi məsələsi hələ də qalmaqdadır.”

 

Savaş Əyilməz isə ermənilərin bu çirkin “oyunları” barədə Ərzurum hüquq vəkilləri idarəsi ilə danışıqlar aparmış və prokurorluğa şikayət etmişdir.

 

İsmayıl Tanrıverdi: BDU-nun erməni araşdırmaları ETL-in böyük elmi işçisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı