Rusiyanın Novosibirsk şəhərində 23-cü mərtəbədən yerə düşən 16 yaşlı yeniyetmənin vəziyyəti yaxşılaşmağa doğru gedir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan yeniyetmə sevgilisi ilə bir mənzildə olarkən onu təəccübləndirmək üçün eyvanın kənarına gəlib və onun dəmir lövhələrindən tutaraq havada qalmağa çalışıb lakin müvazinətini itirərək 23-cü mərtəbədən yerə düşüb.
O, həyətdə dayanan Reanult Logan avtomobilinin üzərinə düşüb və zərbənin yumşalmasına görə hadisədən sağ qurtula bilib.
Hazırda onun müalicəsi davam edir.
Vüqar İSMAYILOV