Modern.az

Hamı yerli mal alsın - Gömrük Komitəsinin sədrindən AÇIQLAMA

Hamı yerli mal alsın - Gömrük Komitəsinin sədrindən AÇIQLAMA

Aktual

3 Oktyabr 2016, 11:56

Azərbaycana gətirilən bəzi mallar üçün gömrük rüsumlarının artırılması yerli məhsulların istehsal həcminin artmasına gətirib çıxaracaq.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Komitə sədri bildirib ki, “biz hamımız Azərbaycanda istehsal edilən məhsullara üstünlük veririk”:

“Bundan sonra yerli məhsullar ölkəyə gətirilən xarici məhsullar ilə dempinq qiymətləri üzrə rəqabət apara biləcəklər. Əgər ölkədə toyuq əti, yumurta və qida məhsulları istehsal edilirsə, dondurulmuş xarici məhsullara görə valyuta niyə ödənilsin?”.


Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı