Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirildi.
Modern.az saytının Seçki Məcəlləsinə istinadən bildirdiyinə görə, ümumxalq səsverməsinin rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayır.
Referenduma MSK-nın iclasında yekun vurulur. Yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir.
Referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunlarına gəlincə.
Rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək MSK tərəfindən dərc edilir.
Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir.
Referendum yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycanın bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir. O, yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.
Aqşin KƏRİMOV